Prezidenti İlham Əliyev Rusiya Federasiyası Dövlət Dumasının sədri Sergey Narışkinin ?Dostluq? ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda bilirilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikasının Rusiya Federasiyası ilə dövlətlərarası əlaqələrinin inkişafı və möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə Sergey Yevgenyeviç Narışkin ?Dostluq? ordeni ilə təltif edilsin".