Müğənni Bilal Əliyevin bacısı oğlu qəzaya düzdü
Salyan rayonunda xalq artistinin bacısı oğlu ağır yol qəzasına düşüb.
mia.az-ın ?Qafqazinfo?ya istinadən məlumatına görə, dünən axşam saatlarında Ələt-Astara magistral yolunun təxminən 70-ci kilometrliyində 21 yaşlı Sabit Əliyevin idarə etdiyi "VAZ-2106" markalı maşınla Bakı istiqamətinə hərəkət edərkən əks istiqamətdən gələn ?Daf? markalı yük maşını ilə toqquşub. Yük maşını idarəetmədən çıxaraq ağaca çırpılıb. Qəza zamanı "VAZ-2106"nın sürücüsü Sabit Əliyev hadisə yerində keçinib, avtomobildə 20 yaşlı Rza İsmayılov isə ağır yaralanıb.
Qəza zamanı ?VAZ-2106? iki hissəyə bölünüb.
Qeyd edək ki, yaralı R.İsmayılov xalq artisti Bilal Əliyevin bacısı oğludur. O, hazırda komadadır. Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 09:04
2026-04-06 15:45
2026-04-06 14:07
2026-04-04 17:46
2026-04-04 13:47