Filialın yeni binası Akademik Feyzulla Qasımzadə küç., 9 ünvanında yerləşir 2008-ci ilin əvvəlində vahid ipoteka mərkəzi kimi fəaliyyətə başlayan ?Bank Standard?ın ?İpoteka? filialı Azərbaycanda ipoteka üzrə ixtisaslaşdırılmış ilk filialdır. Bu filialda ümumi bank işi və eləcə də ipoteka kreditləşməsi sahəsində geniş bilik və təcrübəyə malik mütəxəssislər və daşınmaz əmlak üzrə məsləhətçilər çalışırlar. Qeyd edək ki, ?İpoteka? filialı ixtisaslaşmış ipoteka xidmətlərilə yanaşı bütün digər bank xidmətlərinin göstərilməsini də təmin edir. Bura fiziki şəxslərə istehlak kreditlərinin verilməsi, əmanətlərin qəbulu, depozit seyflərinin icarəsi, plastik kartların satışı, təcili pul köçürmələri, valyuta mübadiləsi, kommunal xidmətlərin ödənilməsi kimi müxtəlif xidmətlər daxildir. Filialın yeni inzibati bina ilə təmin edilməsi əhaliyə göstərilən xidmət keyfiyyətinin artırılması və eləcə də bankın müştərilərinə daha geniş şəraitdə xidmət olunması məqdəsi daşıyır. Hazırda ?Bank Standard?ın 15 filal və şöbələri fəaliyyət göstərir. Onlardan Baş ofis, 11 filal və 1 şöbə olmaqla 12-i paytaxtda, qalan 3 filialı isə Gəncə, Quba və Lənkəran şəhərlərində yerləşir.