Indi hər bir kəs qızmar yay günlərində dünyanın istənilən ölkəsində dincəlmək, pul vəsaitlərini sərbəst xərcləmək, hətta xərcləyərək qazanmaq imkanını əldə edə bilər. ?Parabank? və ?İnter Travel Club? tur-agentliyi ilə imzalanmış əməkdaşlığa əsasən, səyahət paketi üçün müraciət edən hər bir müştəri Parabankın plastik kartlarını bir-başa tur-agentlikdən sifariş edə bilər. Sifarışlər 3 kart növü - Visa Gold, Visa Platinium, Visa İnfinity (kod 2) üzrə qəbul olunur. Plastik kartlara əlavə olaraq müştərilərə pulsuz imtiyazlar paketidə hədiyyə olunur. Əlavə məlumat üçün ?İnter Travel Club? tur-agentliyinə və ya Parabank-ın məlumat mərkəzi 139 nömrəsinə müraciət edə bilərsiniz.