Anar Nağılbaza vəzifə verildi. Bu barədə Publika.Az-a A.Nağılbaz özü məlumat verib. O, bildirib ki, Mədəniyyət və Turizm Nazirliyi nəzdində olan Bakı qəsəbələrinin birinin mədəniyyət evinin müdiri vəzifəsini icra edir. ?Dövlət işində çalışıram. Mədəniyyət və Turizm Nazirliyinin işçisiyəm. Dövlət tədbirlərinin keçirilməsi ilə məşğuluq. Təqvimə düşən matəm, bayram tədbirlərini qəsəbə daxilində keçiririk. 5 nəfər işçi var. Kiçik qəsəbədədir. Əsas işimiz mədəniyyət tədbirlərinin keçirməkdən ibarətdir?, - rep ifaçısı söylədi. Qeyd edək ki, Bakı şəhərində yerləşən mədəniyyət evləri, Bakı şəhər Mədəniyyət və Turizm idarəsinin tabeçiliyindədir.