Elmar Məmmədyarov Estoniya parlamentinin sədrini qəbul edib
Xarici İşlər Naziri Elmar Məmmədyarov Azərbaycanda rəsmi səfərdə olan Estoniya parlamentinin sədri Ene Erqmanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. XİN-in mətbuat xidmətindən verilən məlumata görə, Elmar Məmmədyarov Ene Erqmanın ölkəmizə səfərini yüksək qiymətləndirib və bu səfərin iki ölkə arasında münasibətlərin inkişafına xidmət edəcəyini vurğulayıb.
Azərbaycana səfər etməsindən məmnun olan Estoniya parlamentinin spikeri ölkəmizin mühüm strateji əhəmiyyətə malik olduğunu vurğulayıb.
Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn prinsipləri və normaları, xüsusilə BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipləri əsasında həll olunması vacibliyi qeyd edilib.
Görüşdə iki ölkə arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb və bu istiqamətdə səylərin artırılmasının vacibliyi qeyd edilib.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50