Azərbaycan Liberal Partiyası hesab edir ki, hüquq müdafiəçisi Hilal Məmmədov saxta sübutlar, ittihamlar əsasında şərlənərək, həbs olunub. ALP H.Məmmədovun həbsini iqtidarının insan haqlarına hörmətsizliyi, Azərbaycan Konstitusiyasına, dövlətinə, ölkənin imcinə növbəti zərbəsi kimi dəyərləndirir. ALP Azərbaycan hakimiyyətinin beynəlxalq təşkilatlarda 90 siyasi dustağın həbsinə görə haqlı tənqid olunduğu bir vaxtda iqtidarın bəsit "həbslərlə qorxutma" məntiqinin anlaşılmaz olduğunu bildirir. ALP Hilal Məmmmədovun qanunsuz qətiyyətlə pisləyir və onun dərhal azad olunmasını iqtidardan tələb edir.