Makedoniya prezidenti Gyorge İvanov Bakıda keçiriləcək Krans Montana Forumunda iştirak etmək üçün iyunun 28-də Azərbaycana Respublikasına səfərə gəlib. Heydər Əliyev Beynəlxalq Aeroportunda Makedoniya prezidenti Gyorge İvanovu və xanımı Maya İvanovanı ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov və digər rəsmi şəxslər qarşılayıblar. Hava limanının ali qonaqlar üçün salonunda prezident G.İvanov və ekologiya və təbii sərvətlər naziri H. Bağırov arasında qısa protokol söhbəti oldu.