Xalq artisti Alim Qasımov və qızı Fərqanə Qasımova Fransaya qastrol səfərinə gedir. Bu barədə Kulis.az-a məlumat verən Fərqanə Qasımova bildirib ki, onların Fransa səfəri iyulun 9-da başlayacaq: ?Bizi musiqiçilər Rauf İslamov ve Zaki Vəliyev müşayət edəcəklər. Konsert iyulun 12-də Parisdə olacaq?. Sənətçilər iyulun 13-də isə Türkiyəyə gələcəklər. Bu ölkənin TRT kanalinin hazırladığı proqrama qatılacaqlar. Proqram bir həftə boyunca hər gün canlı yayımlanacaq. Fərqanə Qasımova daha sonra Londona səfər edəcəyini deyib: ?Bu dəfə atamla deyil, qızım Fatimə ilə gedəcəm. Londonda müxtəlif ölkələrin sənətçiləri ilə birlikdə səhnəyə çıxacağıq?.