Azərbaycan və Türkiyə prezidentləri görüzüb
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) 20 illiyi münasibətilə keçirilən yubiley sammitinə ev sahibliyi edən Türkiyənin prezidenti Abdullah Gül tədbirdə iştirak edən dövlət və hökumət başçıları ilə təkbətək görüşlərə başlayıb.
Məlumata görə, Gül Albaniyanın baş naziri Sali Berişanı qəbul edəndən sonra, Azərbaycan prezidenti İlham Əliyevlə görüşüb. Görüş Lütfi Kırdar Beynəlxalq Konqres Mərkəzində baş tutub. Görüşdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Prezident Admnistrasiyasının xarici əlaqələr şöbəsinin rəhbəri Novruz Məmmədov da iştirak edib.
Qeyd eədk ki, QDİƏT-in 20 illiyinə həsr olunmuş sammitin Bakı vaxtı ilə saat 18.00-da başlaması nəzərdə tutulub.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51