"Azad Qarabağ"çılar Şəhidlər Xiyabanını ziyarət etdi
Azad Qarabağ Uğrunda Alyansa daxil olan təşkilatlar bu gün Ordu Günü münasibəti ilə Şəhidlər Xiyabanını ziyarət edib, şəhidlərin xatirəsini yad ediblər, məzarların üzərinə gül dəstələri qoyublar.
QAT Mətbuat Xidmətindən mia.az-a verilən məlumata görə, tədbir iştirakçıları Əbədi məşəlin qarşısında Ordu Günü münasibəti ilə mərasim keçirib, çıxışlar ediblər. QAT sədri Akif Nağı, Qazilər Birliyinin sədri Etimad Əsədov, Əlillər Cəmiyyətinin sədri Firudin Məmmədov, Qarabağ uğrunda İslami Müqavimət Hərəkatının sədri Hacı Rövşən Əhmədli və digərləri çıxış edərək Ordu Günü müasibəti ilə arzularını bildirmiş, Ordumuzun kifayət qədər güclü olması və artıq hərbi əməliyyatlara başlamağın labüdlüyünü vurğulamışlar.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51