Prezident İlham Əliyev Misir Ərəb Respublikasının yeni seçilmiş prezidenti Məhəmməd Mursini təbrik edib. Təbrik məktubunda prezident İlham Əliyev Azərbaycan ilə Misir arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin hər iki xalqın iradəsinə uyğun olaraq daim inkişaf edəcək və genişlənəcəyindən əminliyini vurğulayıb: ?Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Misir xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm?.