İranın Azərbaycandakı səfiri Məhəmmədbağır Bəhrami Bakıya öz işinə qayıdıb. Bu barədə səfirliyin mətbuat xidmətinin rəhbəri Abbas İsgəndəri Trend-in müxbirinin səfirin qayıtması ilə bağlı sualını cavablandırarkən bildirib. O deyib ki, səfir cümə günündən Bakıda öz fəaliyyətini davam etdirir. Qeyd edək ki, Məhəmmədbağır Bəhrami ötən ayın sonlarında məsləhətləşmələr üçün Tehrana çağırılmışdı.