italiyanlar ingiltərəni penaltilərlə ?boğdu?
Futbol üzrə Avropa çempionatının sonuncu ¼ final qarşılaşması çərivəsində İtaliya və İngiltərə milliləri arasında keçirilən görüşün əsas və əlavə edilmiş yarımsaatlıq vaxtda italiyanlar çoxsaylı hücumlarını qələbəyə çevirə bilməyiblər.
Mia.az-ın xəbərinə görə, Kiyevdə keçirilən oyunun qalibi penaltilərlə müəyyənləşib.
İlk topa Balotelli yaxınlaşıb və onun vurduğu top qol olub. İngilislərdən isə birinci penalti zərbəsini Gerard yerinə yetirib ? 1:1
Daha sonra topa yaxınlaşan Monteriqonun zərbəsi isə yandan keçib və italiyanlar şansı İngiltərəyə verib. Runi fürsətdən yararlanıb ? 1:2.
Pirlo komandasının bərabərlik qolunu vurub ? 2:2. İngilislərin əlverişli üstünlüyünü isə Eşli Yanq itirib. Onun vurduğu penalti zərbəsi dirəkdən dönüb.
İtaliyanlar yenidən hesabda önə çıxıblar ? 3:2. İngilislər isə bu dəfə Eşli Kolla tarazlığı bərpa etməyə çalışsa da, Buffon buna imkan verməyib.
Diamanti isə İtaliyanın qələbəsini rəsmiləşdirib - 4:2.
Beləliklə, yarımfinalda Almaniya millilərinin rəqibi son qarşılaşmasında hücumameyilli oyunu ilə azarkeşlərini belə, heyrətləndirən italyanlar olacaq.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 12:49
2026-04-07 12:37
2026-04-07 11:55
2026-04-06 22:59
2026-04-06 16:22
2026-04-06 14:48
2026-04-06 14:42
2026-04-06 10:11