Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində Gürcüstanın "Zestafoni" klubu ilə qarşılaşacaq "Neftçi"nin ilk oyununun vaxtı dəqiqləşib. "Zestafoni" klubunun rəsmi saytına istinadən verdiyi məlumata görə, ilk oyun iyulun 17-də Bakıda baş tutacaq. Cavab qarşılaşması isə iyulun 25-də Gürcüstanda keçiriləcək.