Gənclər ?Beynəlxalq Təmizlik Aksiyası? gününü qeyd etdi
?Evimizi bir gün yox, hər gün təmiz saxlayaq? şüarı altında Azərbaycanın liberalları aksiya keçirib.
Bu barədə mia.az-a Gələcək İctimai Birliyindən məlumat daxil olub. Məlumata görə, birlik üzvləri 23 İyun ?Beynəlxalq Təmizlik Aksiyası?nın qeyd olunması məqsədi ilə birliyin könüllüləri Sumqayıtda və digər regionlarda iməclik keçirib.
?Beynəlxalq Təmizlik Aksiyası?nın koordinatoru Pərviz Əliyev tədbir barədə bunları bildirib: ?Azərbaycan bizim evimizdir və biz onu dayima təmiz saxlamalıyıq. Öz evimizə necə bir münasibət göstəririksə, ətraf mühitimizə, ictimai yerlərdə təmizliyə də o cür yanaşmalıyıq. Gələcək İctimai Birliyi də bu mesajı insanlara çatdırmaq üçün ?Evimizi bir gün yox, hər gün təmiz saxlayaq? şüarı altında adı çəkilən aksiyanı reallaşdırdı. Belə ki, könüllülərin iştirakı ilə ictimai yerlərdə insanlar tərəfindən atılmış məişət tullantılarını toplayıb. Aksiya Sumqayıt şəhərində keçirilməklə yanaşı Bərdə, Şəki və Bakıda da birliyin regional antenlərinin üzvlərinin iştirakı ilə keçirilib. Bizim üzərimizə düşən sadəcə bu mesajı insanlara çatdırmaq oldu. Aksiyanın gerçəkləşməsində Sumqayıt Şəhər Bələdiyyəsi Sumqayıt anteninə, həmçinin müvafiq olaraq regionlardakı səlahiyyətli orqanlar regional antenlərimizə dəstək oldu. Bu dəstəkdən dolayı onlara öz təşəkkürlərimizi bildiririk?.
#601;d
DİGƏR XƏBƏRLƏR
2026-04-07 17:00
2026-04-07 14:05
2026-04-07 13:54
2026-04-07 12:45
2026-04-06 17:00
2026-04-06 13:25
2026-04-05 17:19