Dünən prezident İlham Əliyevin verdiyi əfv sərəncamı ilə azadlığa buraxılan vicdan məhbusları bu gün Fəxri Xiyabana gediblər. Arif Hacılı, Tural Abbaslı, Məhəmməd Məcidli, Zülfüqar Eyvazov, Rüfət Hacıbəyli, Babək Həsənov, Sahib Kərimov, Ülvi Quliyev, Məhəmməd Məcidli və Əhəd Məmmədli milli azadlıq hərəkatının lideri, mərhum eks-prezident Əbülfəz Elçibəyin qəbrini ziyarət ediblər.