Bakı Şəhər İcra Hakimiyyəti Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatının iyunun 24-nə təyin etdiyi mitinqlə bağlı məktubuna cavab verib. Hacıbala Abutalıbovun rəhbərlik etdiyi qurum bu dəfə də ənənəsinə sadiq qalaraq mitiniqin keçirilməsinə ?yox? deyib. Bu barədə Teleqraf.az-a Klassik Xalq Cəbhəsi Partiyasının sədr müavini Xəzər Teyyublu məlumat verib. O bildirib ki, Bakı Şəhər İcra Hakimiyyətinin imtina məktubu ilə bağlı Müqavimət Hərəkatına daxil olan partiyaların rəhbərləri tərəfindən müzakirə aparılacaq: "Yalnız bundan sonra müvafiq qərar qəbul olunacaq". Qeyd edək ki, sözügedən hərəkat eks-spiker Rəsul Quliyevin təşəbbüsü ilə yaradılıb.