Yeni Azərbaycan Partiyasının nüfuzlu beynəlxalq təşkilatlarla əlaqələri getdikcə genişlənir və bu qurumların fəaliyyətində iştirakı ildən-ilə güclənir. Bu baxımdan YAP-ın üzvü olduğu Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) VII Baş Assambleyasının cari ilin noyabrında Bakıda keçirilməsinə dair verilmiş qərarı ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisələrdən biri kimi dəyərləndirmək olar. Baş Assambleyaya hazırlıq məqsədilə YAP-ın təmsil olunduğu Daimi Komitənin növbəti iclası 2012-ci ilin 22-23 iyun tarixlərində Bakı şəhərində keçiriləcəkdir. Asiya qitəsinin 17 ölkəsindən 49 nümayəndənin iştirak edəcəyi iclasda Baş Assambleyanın keçirilməsi ilə bağlı görüləcək işlər və onun gündəliyinə çıxarılacaq məsələlər müzakirə olunaraq təsdiq ediləcəkdir.