Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) qurultayı keçiriləcək.

Milli Şuranın mətbuat xidmətindən MIA-ya daxil olan məlumata görə, qurultay iyunun 30-da baş tutacaq. Qurultayda Milli Şuranın ötən dövr ərzində gördüyü işlərin hesabatı dinləniləcək. Bundan başqa ARGTMŞ-ın sədrliyinə və digər seçkili orqanlara seçkilər keçiriləcək. 

Hazırda Milli Şuranın sədrliyinə 3 namizəd var. Bunlar Mirhəsən Seyidov, Gülsel Səfərova və Şahin Seyidzadədir. 

 Qeyd edək ki, hazırda sədrlikdən əlavə ARGTMŞ-ın büro üzvlüyünə və digər seçkili orqanlara 18 namizəd var.