Azərbaycan prezidenti İlham Əliyev İqtisadi İnkişaf Nazirliyinin bir qrup işçisinin "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, Azərbaycan iqtisadiyyatının inkişafında xidmətlərinə görə İqtisadi İnkişaf Nazirliyinin aşağıdakı işçiləri "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilsinlər: Bayramov Manaf Bayram oğlu Bədəlov Mətin Qulu oğlu Əliyev Anar Rəhim oğlu Əliyev Araz Ənvər oğlu Əliyev Ayaz Elman oğlu İsayev Zahid İsa oğlu Qasımov Zaur Polad oğlu Nağıyev Şahin Nəsir oğlu Mustafazadə Lalə Əlibaxış qızı