üMiD Partiyası Rəyasət Heyətinin növbəti toplantısı keçirilib
ÜMİD Partiyası Rəyasət Heyətinin genişləndirilmiş toplantısı keçirilib. Toplantıda ölkədəki ictimai-siyasi vəziyyət, bölgələrə edilən səfərlərin nəticələri müzakirə olunub. Eyni zamanda yay mövsümündə partiyada görüləcək işlər və qarşıda duran məsələlər müzakirə olunub. Bölgələrə səfərlərlə bağlı qərb bölgəsində səfərdə olmuş Partiya sədrinin Təşkilat Məsələləri üzrə müavini Rəfail Tağızadə, Göyçay rayonunda səfərdə olmuş Partiya sədrinin Təbliğat və Seçki Məsələləri üzrə müavini Taleh Əliyev məlumat veriblər.
Toplantıda bölgələrə səfərlər qənaətbəxş hesab olunub. Qərara alınıb ki, bu tipli səfərlər mütəmadi həyata keçirilsin. Partiyanın sədri İqbal Ağazadə müavinlik və şöbələrinn işi ilə bağlı müvafiq tapşırıqlar verib.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51