Milli Məclisin üzvü, Ədalət Partiyasının sədri İlyas İsmayılov bu gün səhər Brüsselə yola düşüb. Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, millət vəkili bir qrup deputat həmkarı ilə sabah orada keçiriləcək Avropa İttifaqı-Azərbaycan Ortaq İşçi Qrupunun toplantısında iştirak edəcək. Azərbaycan deputatlarının Avropa Parlamentində Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təşkil olunacaq dinləmələrə qatılacaqları da bildirilir.#287;l