"Naxçıvana verilən status ləğv edilməlidir"
[b]Azərbaycan Demokrat Partiyası Naxçıvanın təhsil və gömrük qurumlarının Azərbaycanın vahid idarəetmə sistemindən qoparılaraq muxtar respublikanın Ali Məclisinə tabe etdirilməsini pisləyib, bu cür cəhdlərin unitar quruluşa zidd olduğunu bəyan edib.[/b]
Partiya sədri Sərdar Cəlaloğlu ?Media forum? saytına açıqlamasında deyib ki, bu cür təşəbbüslər Dağlıq Qarabağ bölgəsinə veriləcək statusa zəmin hazırlamaq deməkdir: ?Çox təhlükəlidir, separatizmə aparır. Unitar dövlətlərdə ümumiyyətlə regionlara yüksək status verilmir. Xüsusi qanun qəbul edilə, Azərbaycan rayonları necə idarə olunursa, Naxçıvan da o cür idarə oluna bilər. Naxçıvan ölkənin əsas ərazisindən ayrı düşüb deyə ona muxtariyyət verilməlidir? Muxtariyyət o halda verilə bilər ki, müəyyən bir azlıq öz mədəniyyəti, digər xüsusiyyətləri ilə fərqlənsin. Məsələn, Alyaska ABŞ-ın əsas ərazisindən aralıda yerləşir. Niyə Alyaskaya muxtariyyət verilməyib?
Naxçıvanın nazirliklərini Azərbaycanın nazirliklərindən təcrid edərək dövlət içində dövlət yaradırlar. Dağlıq Qarabağ üçün belə bir nümunə hazırlanır. Bu, çox təhlükəli, separatçı hərəkətdir. Hesab edirik ki, Naxçıvana verilən status ləğv edilməli, bu bölgə Azərbaycanın qalan ərazisi kimi idarə olunmalıdır?.
Naxçıvan Muxtar Respublikası 1924-cü ildə yaradılıb. Azərbaycan Respublikasının Konstitusiyasına görə, Naxçıvan Muxtar Respublikası Azərbaycanın tərkibində muxtar dövlətdir.
Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına görə, bölgənin ali vəzifəli şəxsi Ali Məclisin sədridir. O həm qanunvericilik, həm icra hakimiyyəti sahələrində səlahiyyətlər həyata keçirir.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51