Asim Mollazadə Brüsselə getdi
Demokratik İslahatlar Partiyasının (DİP) sədri Asim Mollazadə Avropa Siyasi Mərkəzinin təşkilatçılığı ilə keçirilən Cənubi Qafqaz bölgəsinin ?Şərq tərəfdaşlığı? proqramında iştirakı və Avroatlantik məkana inteqrasiyası ilə bağlı konfransda iştirak etmək məqsədilə Brüsselə gedib.
DİP-in mətbuat xidmətindən mia.az-ya daxil olan məlumata görə, tədbirdə NATO Baş katibinin müavini Aleksandr Verşbou, ABŞ-ın Azərbaycandakı sabiq səfiri, ?Turcas?ın Direktorlar Şurasının üzvü Metyu Brayza, Ermənistanın sabiq xarici işlər naziri Vardan Oskanyan, Avrokomissiyanın Xarici Əlaqələr üzrə Baş İdarəsinin Ukrayna, Moldova, Belorusiya və Cənubi Qafqaz bölməsinin rəhbəri Con Kyaer, Gürcüstan xarici işlər nazirinin müavini və başqaları da iştirak edəcək. Burada Azərbaycanın, Gürcüstanın və Ermənistanın Avroatlantikaya inteqrasiyasının perspektivlərinə dair fikir mübadiləsi aparılacaq.
Asim Mollazadə konfransda Azərbaycanın Cənubi Qafqazda Avroatlantik sistemə yönəlmiş strategiyasına əngəl olan səbəblərdən, regiondakı münaqişələrdən bəhs edəcək.
Səfər çərçivəsində Brüsseldə Avropa İttifaqı-Azərbaycan Ortaq İşçi Qrupunun toplantısının keçirilməsi də nəzərdə tutulub.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50