Bu gün futbol üzrə Avropa çempionatının qrup mərhələsində III turun növbəti oyunları keçirilib. B qrupunun da hər iki görüşü eyni saatda - Bakı vaxtı ilə 23:45-də başlayıb. İki oyundan maksimum nəticə ilə ayrılan Almaniya millisi bu dəfə Danimarkanı sınağa çəkib. Danimarka millisi də bu görüşdə qələbə qazanmaqla 1/4 finala vəsiqəni təmin edə bilərdi. Lakin almanlar buna imkan verməyərək görüşdən qalib ayrılıb - 2:1. Digər görüşdə isə Portuqaliya və Hollandiya yığmaları üz-üzə gəliblər. Aktivində heç xalı olmayan "narıncılar" bu görüşdə mütləq qələbə qazanmalı idi ki, bunu bacarmayıb. Rəqibini 2:1 hesabı ilə məğlub edən Portuqaliya millisi 1/4 finala yüksələn ikinci komanda olub. 17 iyun "Avro-2012"nin qrup oyunları 23:45. Danimarka - Almaniya - 1:2 Qollar: Podolski, 19 (0:1), Krohn-Dehli, 24 (1:1), Bender, 80 (1:2) Danimarka: Andersen, Kyaer, Agger, S.Poulsen (Mikkelsen, 82), Yakobsen, Kvist, Eriksen, J.Poulsen, Zimlinq (K.Poulsen, 78), Krohn-Dehli, Bendtner Almaniya: Noyer, Hummels, Badştuber, Lam, Xedira, Şvaynştayger, Özil, Podolski (Şürlle, 64), Qomez (Kloze, 74), Müller (Kroos, 84), Bender 23:45. Portuqaliya - Hollandiya - 2:1 Qollar: Van der Vart, 11 (0:1), Ronaldo, 28 (1:1), 74 (2:1) Portuqaliya: Patrisio, Pereyra, Alveş, Pepe, Koentrao, Meyreleş (Kustodio, 72), Moutinyo, Nani (Rolando, 87), Varela, Poştiqa (Oliveyra, 64), Ronaldo Hollandiya: Stekelenburq, Van der Viel, Vlaar, Matiysen, Villems (Affelay, 67), De Yonq, Van der Vaart, Robben, Van Persi, Sneyder, Huntelar