Nazir Füzuli Ələkbərov rəhbərlik etdiyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yenidən kadr dəyişikliyi aparıb. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Asəf Əliyev nazirlik yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi vəzifəsinə, İnformasiya texnologiyaları şöbəsinin müdir müavini Elnur Camalxanov isə İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin olunub. Sonuncunun əvvəlki vəzifəsinə isə hələki təyinat rəsmiləşməyib.