Səudiyyə Ərəbistanın kralının varisi, daxili işlər naziri Naif bin Abdul-Aziz əl-Səud vəfat edib. Kral Abdullanın 79 yaşlı oğlu uzun sürən xəstəlikdən sonra Cenevrədə vəfat edib. Naif bin Abdul-Aziz əl-Səud səhhətinin pisləşməsi ilə əlaqədar tibbi müayinələrdən keçmək üçün bu ilin mayında İsveçrəyə yollanıb. Ancaq həkimlərin səyləri nəticə verməyib. Qeyd edək ki, Naif bin Abdul-Aziz əl-Səud 1975-ci ildən daxili işlər naziri postunu tutub, eyni zamanda baş nazirin müavini funksiyasını yerinə yetirib. Naif bin Abdul-Aziz əl-Səud böyük qardaşı Sultan 2011-ci ildə öldükdən sonra kral tacının ikinci varisi olub. Onun cəsədi Səudiiyyə Ərəbistanına gətiriləcək və bazar günü Məkkədə dəfn olunacaq.