Ukrayna Fransanın qarzısında diz çökdü
Bu gün 2012-ci ilin futbol üzrə Avropa çempionatında ikinci turun növbəti oyunları başlayıb. D qrupun ilk oyununda Ukrayna Fransa millisi ilə qarşılaşıb.
Xatırladaq ki, Donetsk şəhərində keçirilən oyun şiddətli yağış səbəbindən 1 saat yarımçıq dayandırılıb. Belə ki, oyunun 6-cı dəqiqəsində Ukraynanın hücumu zamanı Hollandiyadan olan hakim Byorn Karrets oyunu saxlayıb. Bakı vaxtı ilə saat 21.00-da başlayan oyunda təxminən bir saata yaxın fasilə olub. Meydan xüsusi avadanlıqlarla təmizləndikdən sonra oyun davam edib.
Oyunun 53-cü dəqiqəsində Fransa yığmasının oyunçusu Jeremy Menez komandasını önə çıxarıb. Bu qoldan 3 dəqiqə sonra Yohan Cabaye hesabı 2:0-a çatdırıb. Bununla da Fransa bu çempionatda ilk qələbəsini qazanıb. Ukrayna millisi də ilk dəfə məğlub olub.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 12:49
2026-04-07 12:37
2026-04-07 11:55
2026-04-06 22:59
2026-04-06 16:22
2026-04-06 14:48
2026-04-06 14:42
2026-04-06 10:11