italiya yenə qələbəyə həsrət qaldı, Xorvatlar liderdir!
Bu gün futbol üzrə Avropa çempionatının qrup mərhələsində II turun növbəti oyunları keçirilir. Turnirin yeddinci günündə meydana İtaliya və Xorvatiya yığmaları çıxıb. İlk görüşdə İrland milliləri üzərində qələbə qazanan xorvatlar eyni uğuru bu görüşdə də davam etdirə bilməsələr də, məğlub da olmayıblar. Lakin hərəyə bir dəfə fərqlənən komandaların duelində qalib müəyyənləşməyib. İtalyanların birinci hissədə vurduğu qola xorvatlar ikinci hissədə cavab verməklə, bu axşam İspaniya-İrlandiya matçına qədər liderlik kürsüsündə təkhakimiyyətliliyə sahibləniblər.
Günün digər qarşılaşmasında isə son Avropa çempionları İspaniya millisi İrlandiyanı sınağa çəkəcək. İlk görüşdə İtaliya ilə 1:1 hesablı bərabərə qalan ispanlar bu oyunun da əsas favoriti hesab olunurlar. Matç saat 23.45-də başlayacaq.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 12:49
2026-04-07 12:37
2026-04-07 11:55
2026-04-06 22:59
2026-04-06 16:22
2026-04-06 14:48
2026-04-06 14:42
2026-04-06 10:11