Şevçenko yenidən tarix yazdı
Ukrayna milli komandasının əfsanəvi futbolçusu Andrey Şevçenko Avropa çempionatları tarixinə adını yazdırıb. Dünən İsveçlə keçirilən görüşdə 2 qola imza atan 35 yaşlı futbolçu Avropa çempionatları tarixində ən yaşlı ikinci qol müəllifi olub.
Bu mənada rekord göstərici isə Avstriya millisinin sabiq üzvü İvisa Vastiçə məxsusdu. 38 yaşlı futbolçu 2008-ci ildə keçirilən Avropa çempionatında Polşa millisinə qarşı oyunda komandasının bərabərlik qoluna imza atmışdı - 1:1.
Qeyd edək ki, Şevçenko milli komandada ilk qolunu 1996-cı ildə Türkiyə yığmasının qapısından keçirib.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 12:49
2026-04-07 12:37
2026-04-07 11:55
2026-04-06 22:59
2026-04-06 16:22
2026-04-06 14:48
2026-04-06 14:42
2026-04-06 10:11