Elmar Məmmədyarov Beynəlxalq Ədalət Məhkəməsinin prezidenti ilə görüzüb
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bu gün Beynəlxalq Ədalət Məhkəməsinin Prezidenti Peter Tomka ilə görüş keçirib.Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Peter Tomka Nazir Elmar Məmmədyarovu səmimi salamladıqdan sonra, BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinin strukturu, yurisdiksiyası, hal-hazırda baxdığı işləri və Məhkəmə sistemində edilən islahatlar barədə məlumat verərək, Azərbaycanın Məhkəmənin fəaliyyətinə verdiyi dəstəyə görə təşəkkürünü bildirib.
Elmar Məmmədyarov Azərbaycanın demokratik dövlət kimi qanunun aliliyinə hörmətlə yanaşdığını, müvafiq beynəlxalq mübahisə və münaqişələrin beynəlxalq hüququn prinsip və normaları əsasında həll olunmasının tərəfdarı olduğunu, ölkənin BMT-nin tam hüquqlu üzvü kimi Beynəlxalq Ədalət Məhkəməsinin fəaliyyətini dəstəklədiyini qeyd edib. Görüş zamanı qarşılıqlı maraq kəsb edən digər məsələlər müzakirə olunub.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50