Bu gün Ümid Partiyasının Rəyasət Heyətinin növbəti toplantısı keçirilib. Mia.az partiyadan verilən xəbərə görə, toplantıda Ümid Partiyasının sədri, Millət Vəkili İqbal Ağazadə yeni sərəncamları barəsində Rəyasət Heyəti üzvlərinə məulmat verib: "Partiya sədrinin sərəncamı ilə Taleh Əliyev Seçki və Təbliğat məsələləri üzrə, Razi Abasbəyli isə iqtisadi Məsələlər üzrə sədr müavini təyin edidlib. İclasda daha sonra ölkədəki ictiami siyasi vəziyyət və partiaynın qarşısında duran cari məsələlər müzakirə olunub".