Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Avropa görüşləri çərçivəsində Türkiyəyə işgüzar səfərə gedib. ALDP mətbuat xidmətindən mia.az verilən məlumata görə, o, Türkiyə Liberal Demokrat Partiyasının (TLDP) başkanı Cem Tokkerlə görüşüb. Görüşdə Azərbaycan-Türkiyə münasibətləri, partiyalararası əməkdaşlığın genişlənməsi və regional məsələlər müzakirə olunub. F.Əliyev Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı türkiyəli həmkarı ilə fikir mübadiləsi də aparıb. ALDP sədri bu məsələdə Türkiyənin Azərbaycanın mövqeyini dəstəklədiyindən məmnunluğunu ifadə edib: "C.Tokker bildirib ki, bu problem həll edilməyənədək rəsmi Ankara Ermənistanla sərhəddinin açmayacaq: ?Biz Azərbaycanda baş verənlərdən xəbərdarıq və ordunun gücünə də inanırıq. Amma istəmirik ki, müharibə başlasın. Bu məsələni sülh yolu ilə həll etmək lazımdır. Ermənistan buna da getməzsə, onda təbii ki, müharibə qaçılmaz olacaq?.