Suriyada müxalifət qruplaşmaları ilə təhlükəsizlik qüvvələri arasında döyüşlər ölkənin paytaxtı Dəməşqdə də intensivləşib. Şəhərdə güllə ilə dəlik-deşik edilən yaşayış binalarının sayı artır. 17-si Dəraa, 6-sı isə Homs şəhərində olmaqla, daha 23 dinc sakin öldürülüb. Onlardan 9-nun qadın, 3-nün isə uşaq olduğu bildirilir. Dəraa və Homsda şəhərlərin bombalanması nəticəsində dinc sakinlərin ölməsinə etiraz olaraq kütləvi nümayiş də keçirilib. Aksiyada minlərlə adam iştirak edib