Avropa çempionatında mübarizə davam edir. Bu gün C qrupunun ilk oyununda Avropa çempionatının favoritləri qarşılaşıb. Belə ki, sonra Avropa və dünya çempionu İspaniya 2006-cı ilin dünya çempionu İtaliyanı sınağa çəkib. İlk yarısı qolsuz bərabərliklə başa çatan oyunun ikinci yarısında qapılara iki qol vurulb. 61-ci dəqiqədə Antonio Di Natale İtaliya yığmasını hesabda önə keçirib. 3 dəqiqə sonra Sesk Fabreqas bərabərlik qoluna imza atıb və matç 1:1 hesabı ilə yekunlaşıb.