Bu gün futbol üzrə növbəti Avropa çempionatına start verilib. Ukrayna və Polşanın birgə təşkilatçılığı ilə keçiriləcək turnirin ilk matçında meydan sahibi Polşa millisi "Avro-2004"ün qalibi Yunanıstan yığmasını sınağa çəkib. Olduqca dramatik məcrada keçən görüşdə qalib müəyyənləşib. Hərəyə bir dəfə fərqlənən komandalar meydandan bir xalla ayrılıb - 1:1. Günün ikinci qarşılaşmasında isə Rusiya və Çexiya milliləri münasibətlərinə aydınlıq gətirib. Fasiləyə 2:0 hesabı ilə üstün yollanan Dik Advokatın komandası ikinci hissədə daha iki dəfə fərqlənərək turnirə darmadağınla başlayıb - 4:1.