AXCP üzvü Kəmalə Bənəniyarlını iyunun 9-u saat 14:00 radələrində metronun ?Xalqlar dostluğu? stansiyası yaxınlığında mülkigeyimli şəxslər saxlamağa çalışsalar da, cəhdləri fayda verməyib. Bir qədər sonra isə Kəmalə Bənəniyarlı sosial şəbəkələrdə sərbəst buraxıldığı barədə məlumat yayıb. Cəbhəçi xanımın sözlərinə görə, tanımadığı iki mülkigeyimli onu avtobusdan düşürüb aparmaq istəyib: ?2 nəfər idilər. Dedilər telefon oğurluğu baş verib və bizimlə getməlisən. Mən etiraz etdim və bildirdim ki, əlimdəki telefonu kreditlə götürmüşəm. Nə isə bir vəsiqə göstərdilər, tez də qoydular ciblərinə. Sonra taksi saxlatdırıb məni aparmaq istədilər, etiraz etdim. Sürücü də aparmaqdan imtina etdi. Tələb etdim ki, nədənsə şübhələnirsinizsə, polis maşını çağırın və məni polisə aparın. Bundan sonra həmin adamlar məni buraxaraq ərazidən uzaqlaşdılar?. Fakta Nizami rayon Polis İdarəsi və Daxili İşlər Nazirliyi də münasibətlərini açıqlayıb. Adıçəkilən qurumlar Kəmalə Bənəniyarlının saxlanmasını təkzib ediblər.