Şimali Kiprin Yaxın Doğu Universitetində "Qarabağ" adlı filmin təqdimat mərasimi keçirilib. Film adı çəkilən universitetdə təhsil alan azərbaycanlı və türk tələbələrin birgə əməyi nəticəsində ərsəyə gəlib. ?Qarabağ müharibəsindən bəhs edən film 18 dəqiqədir. Film barədə ətraflı məlumat verən, həmin universitetin tələbəsi və eyni zamanda filmin dəstəkçisi Maral Hüseynli bildirib ki, ?Qarabağ? adlı filmin rejisoru türkiyəli tələbə Gökalp Yamendir. M.Hüseynlinin sözlərinə görə, ssenarini G.Yamen, azərbaycanlı tələbələr olan Günel Babayeva, Niyazi Səlimbəyli və onun özü ilə birgə yazıb: "Filmin çəkilməsində məqsəd gənclərin gözü ilə Qarabağ həqiqətlərini izləyicilərə çatdırmaq olub?. Ekran əsərində Ukrayna (Krım), İraq (Kərkük), Kipr (Lefkoşa), Türkmənistan, Azərbaycan və Türkiyədən olan aktyorlar iştirak ediblər.Filmin prodüsseri Günel Babayevadır. ANS PRESS