Azərbaycan prezidenti İlham Əliyev Lənkəran rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, 40 min nəfər əhalinin yaşadığı 20 yaşayış məntəqəsini birləşdirən Lənkəran-Vilvan-Osaküçə-Türkəncil avtomobil yolunun tikintisi məqsədi ilə 2012-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin ilkin olaraq 4 milyon manatı Lənkəran Rayon İcra Hakimiyyətinə ayrılıb. Sərəncama əsasən Maliyyə Nazirliyi nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunan qaydada təmin etməli, Nazirlər Kabineti isə bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.