?Azadlıq? qəzetinin 7 iyun tarixli sayında ?İlham Əliyevə qarşı yeni cəbhə açılır? başlıqlı yazı dərc olunub. Məqalədə bildirilir ki, əslən Naxçıvandan olan sabiqlər hakimiyyətə qarşı birləşir. Qəzetin iddiasına görə, bu, vaxtilə hakimiyyətdə təmsil olunmuş Naxçıvan əsilli şəxslərin birləşdiyi cəbhədir: ?Bu sırada daha çox sabiq spiker Rəsul Quliyev, sabiq deputatlar Rza İbadov və Hüseyn Abdullayevin adları hallanır. Məlumatlarda deyilir ki, onların sırasına yeni simaların da qatılacağı gözlənilir?. ?Azadlıq? bildirir ki, Rza Ibadovun, ardınca Hüseyn Abdullayevin mətbuata sensasion açıqlamalar verməsi də bununla izah edilir. Sabiq deputat, ?Oğuz eli? İctimai Birliyinin rəhbəri Hüseyn Abdullayev ?Azadlıq? qəzetində dərc olunmuş bu yazı ilə bağlı ?Yeni Müsavat?a elektron poçt vasitəsilə açıqlama yollayıb. Sabiq millət vəkili açıqlamasında bildirir: ?Son vaxtlar ?Azadlıq? qəzetində mənimlə bağlı heç bir məntiqə söykənməyən əsassız yazılar dərc olunur. Bu yazılarda guya məni həm Rəsul Quliyevlə, həm də Rza İbadovla hansısa bir siyasi məqsəd birləşdirir. ?Azadlıq? qəzetinin yazılarına fikrimi bildirərək qeyd edirəm ki, məni nə Rəsul Quliyevlə, nə də Rza İbadovla heç bir əqidə dostluğu birləşdirə bilməz. Bu yazı jurnalist təxəyyülünün məhsulundan başqa bir şey deyil. Çünki o insanlardan fərqli olaraq mənim amalım doğma Azərbaycanımıza və xalqımıza xidmət məqsədi daşıyır. Odur ki, ?Azadlıq? qəzetinə məsləhət görərdim ki, mənimlə bağlı bu cür əsası olmayan yazılar dərc etməsin. ?Yeni Müsavat? qəzetində dərc olunan son müsahibəmdə hər şeyi tam aydın şəkildə izah etmişəm. Ona görə də bu müsahibəmdən uzağagedən nəticələr çıxarmağa ehtiyac yoxdur?.