Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Türkiyəyə rəsmi səfər edəcək. Nazirliyin mətbuat xidmətindən MİA-ya daxil olan xəbərə görə, nazir Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin də qatılacağı üçtərəfli məsləhətləşmələrdə iştiirak etmək üçün iyunun 8-də Türkiyənin Trabzon şəhərinə yola düşəcək.