Hillari Klintonun Azərbaycana səfəri bazlayıb
ABŞ-ın dövlət katibi Hillari Klinton Azərbaycana səfərə gəlib. Dövlət katibi səfər çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev və vətəndaş cəmiyyətinin üzvləri ilə görüşlər keçirəcək. Dövlət katibinin dünən Bakıda açılışı keçirilən 19-cu Beynəlxalq. Xəzər Neft, Qaz, Neftayırma və Neft kimyası Sərgi-Konfransı ilə tanış olacağı da gözlənilir.
Dövlət katibi Bakıda keçirdiyi görüşlərdə Azərbaycanla ABŞ münasibətlərinin bütün spektri, energetika sahəsində əməkdaşlıq, regional məsələlər, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı fikir mübadiləsi aparacaq.
Xatırladaq ki, Hillari Klinton iyunun 4-də Ermənistanda, dünən isə Gürcüstanda səfərdə olub.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50