Mağazalarda 440 kq saxta ərzaq azkarlanıb
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti ölkənin istehlak malları bazarında monitorinqlərini davam etdirir. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı
Bakının Nizami rayonunda B.Nuriyev küçəsi, 20/116 F ünvanında Müşfiq Hüseynova məxsus mağazada, Yasamal rayonunda Şərifzadə küçəsi, ev 73 ünvanında Xuraman Zeynalovaya məxsus mağazada, 2-ci Alatava, ev 8C ünvanında Nəbi Nəbiyevə məxsus mağazada, Şərifzadə küçəsi, ev 130, mənzil 44 ünvanında Qabil Atakişiyevə məxsus mağazada, M.Muxtarov küçəsi, ev 113 ünvanında Əli Həsənova məxsus mağazada, Ş.M.Xiyabani küçəsi, ev 211, mənzil 47 ünvanında yerləşən ?Məhəllə market?də, Sabunçu rayonunda Bakıxanov qəsəbəsi, L.Məmmədbəyov küçəsi, ev 15 ünvanındakı ?Elgün market?də saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı, eləcə də satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilmədiyi müəyyənləşdirilib.
Yasamal rayonunda 2-ci Alatava, ev 2 ünvanında yerləşən ?Yeni market?də, Şərifzadə küçəsi, ev 75 ünvanında Mətanət Məmmədovaya məxsus mağazada, Xəzər rayonunda Mərdəkan qəsəbəsi, Bağ küçəsi, ev 235 ünvanındakı ?Sahil market?də, Sabunçu rayonunda Bakıxanov qəsəbəsi, M.Gəncəvi küçəsi, ev 19 ünvanında Əkbər Qafarova məxsus mağazada saxlama müddəti ötmüş malların satıldığı və satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilmədiyi aşkar olunub.
Abşeron rayonunda Masazır qəsəbəsində Elsevər Əliyevə məxsus mağazada saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı müəyyən edilib.
Xaçmaz şəhərində H.Əliyev küçəsində Cavid Məmmədova məxsus mağazada, Ucar rayonunda Qarabörk kəndində Elşən Məmmədova məxsus yeməkxanada, Ağdam rayonunda Bənövşələr qəsəbəsində Tahir Abışova məxsus mağazada saxlama müddəti ötmüş malların satıldığı müəyyənləşdirilib.
Ümumilikdə, monitorinqlər zamanı 440 kq-a yaxın ərzaq malları aşkar olunmuş, satışdan çıxarılaraq məhv edilib.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 17:00
2026-04-07 14:05
2026-04-07 13:54
2026-04-07 12:45
2026-04-06 17:00
2026-04-06 13:25
2026-04-05 17:19