Azərbaycan Respublikası Prezidenti Xəlil Rza Ulutürkün 80 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Xəlil Rza Ulutürkün 80 illik yubileyinə dair tədbirlər planı hazırlayıb həyata keçirsin. Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.