İyunun 4-də Ukraynanın xarici işlər naziri Konstantin Qrişşenko Azərbaycana rəsmi səfərə gəlib. Ukraynanın Azərbaycandakı səfirliyindən AzərTAc-a bildiriblər ki, ikigünlük səfər çərçivəsində K.Qrişşenko Azərbaycan rəsmiləri ilə bir sıra görüşlər keçirəcək. Görüşlərdə ikitərəfli münasibətlərin inkişafı yolları, beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq məsələləri müzakirə olunacaq. Qeyd edək ki, ukraynalı nazir, həmçinin Bakıda keçiriləcək XIX Xəzər neft və qaz sərgisində iştirak edəcək.