Bü gün ? 04 iyun 2012-ci ildə Mlli Dirçəliş Hərəkatı Partiyasının sədri, Millət Vəkili Fərəc Quliyev MDHP-nin baş qərargahında Hollandiyanın Çoxprtiyalı Demokratiya İnstitutunun nümayəndələri Kati Piri və Levan Tsutskiridzeni qəbul edib. Partiyanın mətbuat xidmətindən mia.az-a verilən məlumata görə, görüşdə kürəsəl və bölgəsəl təhlükəsizlik, Qarabağ, Cənubi Qafqazın təhlükəsizliyi, Ermənistan AES, İranın nüvə təhdidi, Güney Azərbaycan məsələləri, etnoslararası və mədəniyyətlərarası dialoqa verilə biləcək birgə töhfə, birgə davranış modelləri müzakirə edilib: ?MDHP və Hollandiyanın Çoxprtiyalı Demokratiya İnstitu arasında əməkdaşlıq haqda ilkin razılıq əldə olundu. Millət əkili qonaqlara məhbəsdə yazdığı və 2012-ci ildə təkrar ingiliscə çap olunmuş ?Yeni Dünya Düzəni siyasətində Azərbaycanın yeri və rolu? kitabını təqdim edib?.