BMT Təhlükəsizlik Şurasına sədrliyimiz baza çatdı
Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasındakı sədrliyi başa çatıb. Artıq dünən BMT-dəki daimi nümayəndəmiz Aqşin Mehdiyev sədrliyi Çinin daimi nümayəndəsi xanım Li Baodonqa təhvil verib.
L.Baodonq qeyd edib ki, BMT-nin Təhlükəsizlik Şurasına iyunda sədrlik edəcək Çin beynəlxalq sülhün dəstəklənməsi üçün bütün mümkün vasitələrdən istifadə edəcək. Bu ay ərzində Şuranın 30-dək məsələyə, o cümlədən Suriya, Sudan, Cənubi Sudan və Yaxın Şərqdəki vəziyyətə baxacağı gözlənilir.
Xatırladaq ki, BMT-nin Nizamnaməsinə uyğun olaraq, Təhlükəsizlik Şurası dünyada sülhün və təhlükəsizliyin təmin olunması üçün məsuliyyət daşıyır. Şura 5 daimi üzvdən (ABŞ, Böyük Britaniya, Fransa, Rusiya və Çin) ibarətdir. Digər 10 müvəqqəti üzv isə BMT-nin Baş Assambleyası tərəfindən iki il müddətinə seçilir.
Qeyd edək ki, Azərbaycan növbəti, ikinci dəfə Şuraya 2013-cü ilin sentyabr ayında sədrlik edəcək.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51