Suriyada gərginlik davam edir. Ötən gün ölkədə 60-dan çox hakimiyyət əleyhdarının öldürüldüya haqa məlumat yayılıb. Onlardan 29-u təkcə Homsda öldürülüb. Ötən həftə sonu 100-dən çox dinc sakinin öldürüldüyü Hula şəhərinin isə yenidən atəşə tutulduğu bildirilir. Bu arada ABŞ Hula qətliamını təhlükəsizlik qüvvələrinin deyil, terrorçularun həyata keçirdiyi haqda Suriya hökumətinin dediklərini ?Bəşər Əsəd rejiminin növbəti kobud yalanı? adlandırıb. ABŞ-ın BMT-dəki səfiri Syuzan Rays bildirib ki, Suriya rəhbərliyinin həmin hadisələri əsaslandırmaq üçün heç bir dəlili yoxdur. ABŞ-ın müdafiə naziri Leon Panetta isə beynəlxalq ictimaiyyəti Bəşər Əsədi istefa verməyə əmin etməyə çağırıb.