Avropa Birliyinin prezidenti Azərbaycana gəlir
Avropa Birliyinin prezidenti Herman van Rompey iyulun 5-də Azərbaycana səfər edəcək. Bu barədə APA-ya açıqlamasında AB-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Rolan Kobia bildirib.Onun sözlərinə görə, bu, yüksək səviyyəli prezident səfərdir və AB prezidentinin Cənubi Qafqaza səfəri çərçivəsində baş tutacaq: ?Bu, Avropa Birliyi prezidentinin regiona ilk səfəridir. Bu səfər göstərir ki, AB region ölkələri, o cümlədən Azərbaycanla əlaqələri inkişaf etdirmək niyyətindədir?.
Səfər zamanı AB prezidenti Azərbaycanda bir sıra məsələlər, o cümlədən Azərbaycanla qurum arasında əlaqələr, Dağlıq Qarabağ münaqişənin həlli barədə müzakirələr aparacaq.
R.Kobia Avropa Komissiyasının prezidenti Manuel Barrozo və AB-nin Təhlükəsizlik və xarici siyasət üzrə ali komissarı Ketrin Eştonun Dağlıq Qarabağ münaqişənin həllində AB-nin daha aktiv rol oynamaq istədiyini dəfələrlə bəyan etdiklərini xatırladıb.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51